Əfqanıstanın Bədəxşan əyalətinin Vahan bölgəsi ərazisində baş verən qar uçqununda 21 nəfər ölüb.
APA-nın “Pajvak” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə martın 22-də Arak yaşayış məntəqəsində baş verib. Xilasedicilər martın 24-də donmuş meyitləri qar altından çıxarıblar. Qar altında qalan bir evin sakini isə 3 gün sonra xilas edilib və xəstəxanaya çatdırılıb. Xilasedicilər fəlakət zonasında işi davam etdirir.