Pakistan 1947-ci ildə İngiltərənin təsirindən azad olandan və müstəqillik qazanandan sonra, 1956-cı ildə İslam Respublikası dövlət quruluşunu qəbul edib.
SalamNews-un məlumatına görə, Pakistan İslam Respublikası dövlət statitika orqanının (Population Census Organization) hesabatında ölkə ərazisinin 796,096 km² , əhalisinin sayı isə təxminən 190 milyona yaxın olduğu bildirilir. Ölkə ərazisində 72 dildə danışan etnik qrup var: pəncablılar, puştunlar, sindxlər, seraikilər, bəluclar, brahuilər, həzaralar, qucaratlılar, nuristanlılar, parslar, ərəblər, çinlilər, özbəklər, türkmənlər, uyğurlar və sairə.
Azərbaycanla Pakistan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Pakistan İslam Respublikası Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.