Bildiyiniz kimi, İran İslam İnqilabının qələbəsinin 29-cu ildönümü günü bir çox şəhərlərdə tədbir və mitinqlər keçirilməkdədir. Bu tədbirlərin birində İran rəsmisi Höccətülislam Biriya Türkiyənin hicab qadağasını götürməsini təqdirə layiq hal hesab edərək:"İmam Xomeyninin buyurduğu -"İslam bütün dünyada yayılacaq" sözlərinin şahidi oluruq deyib.
Yəzd şəhəində təşkil olunan konfransda çıxış edən Höccətülislam Biriya Türkiyədə ali məktəblərdə hicablı tələbələrin gəlməsinə qadağa qoyan qanunun yığışdırılmasına münasibət bildirərək: "Türkiyədə ali məktəblərdə hicablı tələbələrin gəlməsinə qadağa qoyan qanunun yığışdırılması İslamin qalib gəlməsi deməkdir "-deyib.