“İran parlamenti hökumətin nüvə proqramından bir addım da geri çəkilməsinə icazə verməyəcək”
APA-nın məlumatına görə, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi deyib. O bildirib ki, İran nüvə proqramı ilə bağlı heç bir güzəştə getməyəcək: “Əgər “altılıq” ölkələr İranın nüvə imkanlarını qəbul etməsələr, özləri bundan əziyyətini çəkəcəklər”.