Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının bacısı Semiha Bağçalı baş örtüyü məsələsində qardaşına dəstək verməyib. İsparta şəhərindəki Süleyman Dəmirəl Universitetinin rektor müavini, professor S. Bağçalı universitetlərdə türbana sərbəstlik verilməsi üçün hazırlanan müraciətə imza atmayıb.
O, məsələ ilə bağlı jurnalistlərə açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, MHP ali təhsil müəssisələrində baş örtüyü taxmağa icazə verən Konstitusiya dəyişikliyi təklifinin müəlliflərindən biridir.