BMT-nin baş katibi Pan Gi Mun Suriya paytaxtında onlarla insanın ölümünə səbəb olan törədilən terror aktlarını pisləyib.
SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, BMT-nin mənzil-qərargahında yayılan sənəddə Suriya xalqına və həlak olanların ailələrinə başsağlığı verilir. "BMT-nin baş katibi Suriyada zorakılığa son qoymağa çağırır", - bəyanatda deyilir.
Bildirək ki, şənbə günü Dəməşqdə törədilən iki terror aktı nəticəsində 27 nəfər həlak olub.