Azərbaycanın Dəməşqdəki səfirliyi Suriyada olan ölkə vətəndaşlarının Bakıya qayıtmasını tövsiyyə edir. Bunu SalamNews-a Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.
XİN rəsmisi söyləyib ki, hazırda Suriyada 60 nəfərə yaxın Azərbaycan vətəndaşı var və onların da əksəriyyəti bu ölkədə təhsil alan tələbələrdir. Onun sözlərinə görə, səfirlik Suriyada olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır və onlarla mütəmadi görüşlər keçirilir.
E.Abdullayev deyib: “Səfirliyimiz Suriyada olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını tövsiyyə edir. Xarici ölkələrdə olan vətəndaşların təhlükəsizliyinin təmin olunması məsələsi Azərbaycan XİN-nin və səfirliyin daim diqqətində saxlanılır. Hazırda Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini normal davam etdirir. Azərbaycanın Suriyadakı səfirliyinin geri çağırılması və ya bağlanılması ilə əlaqədar hər hansı qərar yoxdur”.
Hazırda Suriyada ictimai-siyasi vəziyyət qeyri-sabitdir.