Bakının Nəsimi rayonu ərazisində yeni “Qardaşlıq” türk məscidi tikiləcək.
Türkiyənin Diyanət İşləri Bakanlığından Gün.Az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti məscidin tikilməsi üçün torpaq sahəsinin ayrılmasını təsdiq edib və hazırda tərəflər əlaqədar məsələləri müzakirə edirlər, bundan sonra isə ola bilsin ki, artıq apreldə onun inşasına başlansın.
“Özündə möhtəşəm memarlıq kompleksini əks etdirəcək bu məscid Azərbaycan-Türkiyə qardaşlığının simvolu olacaq. Biz Azərbaycan Prezidenti İlham Əliyevə bu məscidin tikintisinə imkan yaratdığına görə minnətdarlığımızı bildiririk. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdullah Gülün bu məscidin açılış mərasimində iştirak etməsi bizim üçün böyük şərəf olacaq”, - deyə Bakanlıq nümayəndəsi bildirib.
Gün.Az