İran Məclisinə 9-cu çağırış seçkilərin ikinci turunun mayın 5-də Tehranda və ölkənin digər regionunda keçirilməsi gözlənilir. Bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəcər bildirib.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, onun sözlərinə görə, şikayətlərin baxılmasından və Müşahidə Şurası tərəfindən seçkilərin legitimliyinin təsdiqlənəndən sonra seçkilərin ikinci turu keçiriləcək.
Mustafa Məhəmməd Nəcər onu da bildirib ki, Tehrandan 30 namizəddən yalnız 5 deputat lazımi sayda səs toplayıb. Tehran və regionlar üzrə 50 boş yer ikinci tur zamanı müəyyən olunacaq.