Suriyanın müxalifət nümayəndələri Moskvaya səfərə gələcəklər. Bu barədə şənbə günü Rusiyanın XİN başçısı Serqey Lavrov bildirib. O, "Rossiya 1" telekanalına verdiyi müsahibədə deyib ki, yaxın zamanda Suriya müxalifətindən ibarət qrupun Moskvaya səfəri gözlənilir.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, nazir vurğulayıb, Rusiya Suriyanın Milli Şurasının rəhbəri Burxan Qalyun və müxalifətin digər liderləri ilə görüş zamanı "siyasi müxalifəti təxribat ilə məşğul olan silahlılardan uzaq olmağa çağırıb.
S.Lavrovun sözlərinə görə, hazırda Suriyada müxalifətin fəaliyyətində müəyyən qədər hərbiləşmə baş verir. Burxan Qalyunun rəhbərlik etdiyi Milli Şura elan edib ki, rejim ilə mübarizənin davamı üçün silah alınmasına pul yığmaqla məşğul olacaq hərbi qanad yaradılacaq. Hadisələrin inkişafı bu cür davam etsə, atəşkəslə bağlı hökumətə müraciətlərin qəbuluna ümid etmək çətin olacaq.
Xatırladaq ki, B.Qalyun ötən ilin noyabrında Moskvaya səfər edib.