Bu gün səhər Suriyanın paytaxtı Dəməşqdə minalanmış iki avtomobil partladılıb, bir neçə nəfər həlak olub. APA-nın məlumatına görə, Suriya dövlət televiziyası partlayışların hökumətin təhlükəsizlik qüvvələrinin binalarının yaxınlığında törədildiyini bildirib.
BBC isə xəbər verir ki, partlayışın tüstüsü hakim Bəəs partiyasının binası tərəfdə müşahidə olunub.
Qeyd edək ki, Suriyada 1 ilə yaxındır, hökumət əleyhinə etirazlar baş qaldırıb.