Şəki sakininin evindən qadağan olunmuş dini kitablar və digər vasitələr aşkar olunub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, martın 16-da Şəki Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dini radikalizm və qeyri-ənənəvi dini təriqətlə məşğul olan Turan qəsəbə sakini Yaşar Əliyevin evindən çoxlu sayda dini məzmunlu müxtəlif kitablar, jurnallar və 3 ədəd disk aşkar edilərək götürülüb.