İran Prezidenti Mahmud Əhmədinejad Endimeşkdə iqtisadi məskən üzrə layihənin istismara verilməsi mərasimindən sonra Əhvaza yollanıb.
SalamNews-un "Asrian"a istinadən verdiyi xəbərə görə, güclü qum fırtınasının meydana gəlməsi səbəbi ilə Əhvaz hava limanı bağlanıb və prezidentin təyyarəsi Abadan hava limanında məcburi eniş etmək məcburiyyətində qalıb.
Dövlət başçısının Abadan və Hürrəmşəhr şəhərlərinə səfəri əvvəlcədən planlaşdırılmayıb. Hürrəmşəhr rəhbərliyi prezidentin gəlişindən xəbərdar edilməyib. Mahmud Əhmədinejad və onu müşahidə edən şəxslər mühafizəsiz Əhvaz şəhərinə yollanıblar.