ABŞ-ın Merilend Universiteti ölkə vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, respondentlərin 69%-i İranla müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Bundan əlavə, sorğuda iştirak edən hər 4 ABŞ vətəndaşından yalnız bir nəfəri İrana hərbi müdaxiləni dəstəkləyib. 727 nəfərin iştirak etdiyi sorğuda 80% ABŞ-ın İsraili İrana hücum etməkdən çəkindirməsini istəyib. Həmçinin 69% hərbi əməliyyatların qaçılmaz olduğu təqdirdə, ABŞ-ın yalnız BMT-nin razılığı ilə İrana hücum etməsini dəstəkləyib.