Əfqanıstanın Baqram hərbi bazası yaxınlığında hərbi vertolyotun qəzaya uğraması nəticəsində ölən türk əsgərlərinin sayı açıqlanıb.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələri qəza zamanı 12 türk əsgərinin şəhid olduğunu açıqlayıb. Vertolyot yaşayış binasına düşüb, hadisə zamanı 4 Əfqanıstan vətəndaşının da öldüyü bildirilir. Qəzanın səbəbləri məlum deyil. Rəsmi mənbələr vertolyotun havada alışaraq yerə düşdüyünü bildirirlər. Qeyd edək ki, şəhid türk əsgərlərinin Əfqanıstanda beynəlxalq sülhyaratma əməliyyatında iştirak edən Türkiyə hərbi kontingentinin tərkibində bu ölkədə xidmət keçiblər.