Pakistanda “Əl-Qaida” qruplaşmasının silahlıları 8 aydan çox əsirlikdə olmuş 2 İsveçrə vətəndaşını azadlığa buraxıblar.
Bern kantonunda polis kimi çalışan 31 yaşlı Olivye David Oş və digər bir polis əməkdaşı, 28 yaşlı Daniela Vidmer ötən il iyunun 1-də ölkə ərazisində avtomobillə səyahət edərkən əsir alınıblar. Onlar Bəlucistan vilayətinin inzibati mərkəzi olan Kvetta şəhərindən 170 km şərqdə silahlıların hücumuna məruz qalıblar.
SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, hazırda hər iki şəxs Xeybər-Paxtunxva vilayətinin inzibati mərkəzi olan Pişəvər şəhərindədirlər. Onların səhhətlərinin yaxşı olduğu bildirilir.