Suriya Prezidenti Bəşər Əsəd vəzifədən gedəcək, lakin sual bunun nə vaxt baş verəcəyindədir
Belə bir bəyanatla Ağ Evdə Böyük Britaniyanın baş naziri Devid Kemeronla ilə keçirilən birgə mətbuat konfransında ABŞ Prezidenti Barak Obama çıxış edib.
SalamNews-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, eyni zamanda Obama qeyd edib ki, “Suriyaya xarici hərbi müdaxilə haqqında danışmaq tezdir, çünki bu vətəndaş müharibəsi və qurbanların sayının artması ilə nəticələnə bilər”.