Bakı və Tehran arasında hər hansı ixtilafa imkan verməməliyik.
SalamNews IRNA-ya istinadən xəbər verir ki, bu barədə İİR Milli Təhlükəsizlik Ali Şurasının katibi Seyid Cəlili Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ilə görüşündə bildirib. O deyib ki, Tehran və Bakı arasındakı çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq ən mühüm amildir, Azərbaycanın və İranın təhlükəsizliyi ilə sıx bağlıdır. Ona görə, bizim münasibətlərimizə təsir göstərəcək heç bir qarşıdurmaya imkan verməməliyik”.
Səfər Əbiyev qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönələn səyləri vurğulayaraq bildirib ki, İslam dini iki xalqın dostlaşmasında və birləşməsində əsas amildir: “Azərbaycan İrana qarşı öz ərazisindən heç bir hərəkətə yol verməyəcək”.