Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Taraf" qəzetini məhkəməyə verib.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, Ərdoğan "Taraf" qəzetində nəşr edilən "Alaturkalık" başlıqlı analitik yazıda hüquqlarının kobud surətdə pozulduğunu əsas gətirərək, qəzetin baş redaktoru, məqalənin müəllifi Əhməd Altan və qəzet təsisçilərindən 30 min lirə mənəvi təzminat tələb edib.
Ərdoğanın vəkilləri Muammer Cemaloğlu və Burhanəddin Sevencan təqdim etdikləri ərizədə məqalədə Ərdoğanın hüquqlarının kobud şəkildə pozulduğu vurğulanır. Ərizədə qeyd edilir ki, məqalə Ərdoğanı tənqid etməyə deyil, alçaltmağa yönəlib.