BMT tərəfindən yaradılan beynəlxalq müstəqil komissiya ötən il Liviyadakı vətəndaş müharibəsi zamanı NATO-nun fəaliyyəti haqqında "bundan sonra tədqiqat aparılması"nı tövsiyə edib. Bu barədə BMT-nin insan haqları üzrə keçirilən 19-cu sessiyası çərçivəsində məruzə edən komissiya başçısı kanadalı Filipp Kirş açıqlama verib.
SalamNews-un "Vesti"yə istinadən verdiyi xəbərə görə, məruzədə komissiya araşdırmaları zamanı məlum olub ki, mülki şəxslərin hərbi əməliyyatların hədəfində olmayıb. Fakt üzrə NATO hava qüvvələrinin 20 hücumunu araşdırıb və təqribən 60 mülki şəxsin öldüyü, 55 nəfərin yaralandığı 5 hava hücumu haqqında məlumatı məruzəyə daxil edib.