Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Arif Qəniyev və ilahiyyatçı Taleh Bağırovun başqa cəzaçəkmə müəssisələrinə köçürülüblər.
Bu barədə SalamNews-a vəkil Anar Qasımlı məlumat verib. O deyib ki, AİP sədr müavini Arif Qəniyev Salyandakı 5 saylı, ilahiyyatçı Taleh Bağırov isə Bakının Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə müəssisələrinə köçürülüb.
Xatırladaq ki, Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Sumqayıt Şəhər Məhkəməsinin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
İlahiyyatçı T.Bağırov isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Sonra Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə yeni ittiham əlavə olunub (5 ilə qədər həbs). Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsi Taleh Bağırova 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib.