İsrail aviasiyasının Qəzza sektoruna endirdiyi raket zərbələri nətiəsində 10 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
APA-nın məlumatına görə, Fələstinin “Əl-Qüds briqadası” qruplaşması hava zərbələri nəticəsində dörd üzvünü itirdiyini açıqlayıb. İsrail hərbi dairələrindəki anonim mənbə aviazərbələrin dünən səhər İsrailin cənubuna endirilən artilleriya zərbələrinə cavab xarakteri daşıdığını bildirib. Fələstin tərəfin açdığı atəş nəticəsində dörd nəfər yaralanıb. Son məlumata görə, İsrail təyyarələrinin endirdiyi zərbələr nəticəsində ölənlər arasında “Xalq Müqavimət Hərəkatı Komitəsi”nin baş katibi Zuxir əl-Kaisi də var.