Baş örtüyü geyinərək hicaba qoyulan qadağaya etirazını bildirən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb
Türkiyənin Qaziantep vilayətində səfərdə olan prezident Abdullah Gülə qarşı maraqlı etiraz aksiyası keçirilib.
CNNtürkün məlumatına görə, prezident Gül səfəri çərçivəsində meriya binasına daxil olarkən hicablı qadınların arasından çıxan və başı örtüklü, çiynində Türkiyə bayrağı olan bir kişi plakat tutmağa çalışıb. Hicaba qoyulan qadağaya qarşı etrizanı hicab bağlayaraq bildirən 45 yaşlı kişi mühafizəçilər tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb.