Suriya ordusunun bir qrup hərbiçisi - 2 general, polkovnik, çavuş və baş çavuş Hatayın Reyhanlı rayonundan Türkiyə ərazisinə keçərək, siyasi sığınacaq istəyib.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, son bir sutka ərzində Suriyadan Türkiyəyə sığınanların sayı 234 nəfərə çatıb.