“Müxtəlif vaxtlarda və məkanlarda İrana qarşı sanksiyaların təsirsiz olacağını bəyan etmişəm”.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu bildirib. Onun sözlərinə görə, İrana hərbi müdaxilə mövzusunda Qərbə dəfələrlə xəbərdarlıq edib: “Mən İranın əleyhinə olan cəhdləri qınamışam. Eyni zamanda İrana qarşı hər hansı hərbi müdaxilənin dəlilik olacağını və bölgəyə cəhənnəmin qapısını açacağını Qərb dövlətlərinin diqqətinə çatdırmışam”.