POPULYARXƏBƏRLƏR

Fransada Avropa Azərbaycan Cəmiyyətinin ofisinin açılışı olub

Martın 7-də Avropa Azərbaycan Cəmiyyəti (AAC) Fransada ofis açıb.

Ofis Parisin diplomatik rayonunun yaxınlığında, 18-ci əsrin abidəsi olan “Maison des Polytechniciens” otelində yerləşir. AAC-dən APA-ya verilən məlumata görə, açılış mərasimində 300-dən çox qonaq iştirak edib. Onlar Azərbaycanın mədəniyyətini, təbiətini, landşaftını təsvir edən foto-sərgiyə baxıblar. Cəmiyyətin Fransa ofisinin rəhbəri Eliza Piter təşkilatın fəaliyyəti və Fransa ofisinin məqsədləri barədə danışaraq bildirib ki, cəmiyyət Azərbaycanı Fransa xalqına yaxınlaşdırmaq istəyir. O deyib ki, Azərbaycan və Fransa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumu prinsipləri bölüşürlər.

AAC sədri və təsisçisi Tale Heydərov Fransa və Azərbaycanı birləşdirən bağlardan danışıb, Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Dağlıq Qarabağa səfərini xatırladıb. O qeyd edib ki, əgər indiki zamanda olsaydı, Düma Qarabağı ziyarət edə və onun irsini öyrənə bilməzdi, çünki indi bu bölgə erməni işğalı altındadır.

Fransa parlamentinin üzvü, Fransa-Azərbaycan Dostluq Qrupunun sədri Jan-Lui Dümon Avropa Azərbaycan Cəmiyyətinin Fransada fəaliyyətinin vacibliyini vurğulayıb. O bildirib ki, bu, iki ölkə arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Dümon Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb. Onun fikrincə, bu məsələdə Fransa cəmiyyətinin bütün elementlərinin anlayışı və dəstəyi vacibdir. Əslən Lorren vilayətindən olan Dümon bəyan edib ki, onun vilayəti də işğalın və məcburi köçkünlüyün nə olduğunu bilir və o, erməni işğalı nəticəsində məcburi köçkünə çevrilmiş 875.000 azərbaycanlının dərdini bölüşür.

Sonra Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun sədr müavini, bu yaxınlarda Bakıya səfər etmiş Natali Qule söz alıb. O bildirib ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, eyni zamanda ölkə əhalisinin onda biri yurd-yuvalarından didərgin salınıb. Senator Azərbaycanın bu ziddiyyətli vəziyyətə mətanətlə sinə gərdiyini deyib. O, AAC-ı Azərbaycan gəncliyinə dəstək verməyə çağırıb ki, gənclik gələcəyə doğru irəliləsin və eyni zamanda keçmişi unutmasın.

Sonra Parisdə yaşayan azərbaycanlı pianoçu Səidə Zülfüqarova, zərb alətlərinin ifaçısı Nikola Vranken, metso soprano Cəmilə Babayeva Azərbaycan və Qərb klassik musiqi parçalarını ifa ediblər. Axşam canlı tanışlıq sessiyası ilə başa çatıb.



Yerləşdirilib:9 Mart, 2012  15:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com