Qanuna edilmiş dəyişiklərə görə, hicablı tələbələr ali məktəblərdə təhsil ala biləcəklər
Türkiyə Böyük Millət Məclisində ali məktəblərdə hicablı tələbələrin təhsillərini davam etdirməsi haqqında qanuna dəyişiklər qəbul edilib. Qanun layihəsinə dəyişiklərin lehinə 411, əleyhinə isə 103 deputat səs verib.
Qeyd edək ki, Türkiyədə ali məktəblərdə baş örtüyünə qoyulmuş qadağanın götürülməsini nəzərdə tutan konstitusiyaya dəyişikliklə bağlı səsvermənin 2-ci turu idi.