«Iran Air» aviaşirkəti tərəfindən bu gün yerinə yetirilməsi planlaşdırılan Tehran-Bakı-Tehran aviareysi təxirə salınıb.
«Iran Air»in Bakıdakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Fokker 100» tipli təyyarə ilə bu gün saat 16:10-da Bakıya gəlməli olan IR503 saylı aviareys təyyarədə aşkarlanmış texniki nasazlığa görə Tehranda havaya qalxmayıb: «Məhz bu səbəbdən bu gün saat 17:00-da yerinə yetirilməli olan Bakı-Tehran aviareysi də təxirə salınıb. Bakıdan Tehrana növbəti uçuş martın 13-də yerinə yetiriləcək».
Qeyd edək ki, «Iran Air» şirkəti Bakı-Tehran marşrutu üzrə aviareysləri hər həftənin II və V günləri müvafiq olaraq saat 13:00-da və 17:00-da yerinə yetirir.