İran alimlərinə nüvə silahını yaratmaq üçün 2-3 il lazımdır. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə Vaşinqtonun Strateji və beynəlxalq araşdırmalar mərkəzinin (CSIS) analitikləri bu fikirdədirlər.
«Ggər Tehran bu gün nüvə silahları sisteminin yaratmaq barədə qərar qəbul etsə, 2014–2015-ci illərdə belə bir sistemə malik olacaq», deyə ABŞ administrasiyasının aparıcı analitik mərkəzlərindən biri olan CSIS-in nümayəndəsi bəyan edib.