Suriya neft və mineral resurslar nazirinin müavini Abdo Hüssaməldin istefa verərək müxalifətin tərəfinə keçdiyini bəyan edib. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.
Abdo Hüssaməldin indiyədək müxalifətin tərəfinə keçmiş ən yüksək vəzifəli Suriya məmurudur.
Suriyada hökumət əleyhinə çıxışlar artıq bir ildir ki, davam edir. BMT-nin məlumatına görə, bu çıxışlar zamanı 7,5 mindən artıq insanın öldüyünü bildirir. Suriya hökuməti bu rəqəmin 2 minə bərabər olduğunu iddia edir.