İranın xarici işlər naziri Əli Əkbər Salehi Naxçıvanda keçirilən danışıqlardan sonra Tacikistana 3 günlük səfər edəcək.
SalamNews İran mediasına istinadən xəbər verir ki, səfərin məqsədi martın 25-də İran Prezidenti Mahmud Əhmədinejadın Tacikistana planlaşdırılan səfərinə hazırlıq işlərinin görülməsidir.
Səfər zamanı Tacikistan XİN-in başçısı Xamroxon Zərifi və digər rəsmi şəxslərlə görüşlər keçiriləcək. Salehinin həmçinin Tacikistan Prezidenti Emoməli Rəhmanla da görüşəcəyi gözlənilir.
İran XİN-in başçısının Belarusa da səfəri gözlənilir.