Bu canın sahibi Allahdır. Əmanətini də geri yalnız Allah alacaq. SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib
Ərdoğan partiyasının iclasında çıxış edib. O, ABŞ-da fəaliyyət göstərən "Stratfor" özəl analitik kəşfiyyat təşkilatının onun səhhəti ilə bağlı hesabatına sərt reaksiya göstərib. Baş nazir mövzu ilə əlaqədar deyib: "Bu canın sahibi Allahdır. Biz hədələrə boyun əymədik, əyməyəcəyik. Bizə ömür payı müəyyən edən yalnız Allahdır. Biz Allahın bu hökmünə ürəkdən inandıq və inanırıq. Əcəl nə bir saat irəli, nə də geri gələcək. Biz taleyə inanan bir partiyayıq. Biz millətə xidmət etmək üçün əlini, belini daşın altına qoymuş bir partiyayıq. Bu xəbərləri yazanlar çox yaxşı bilsinlər ki, Allahın verdiyi ömrü nə bir dəqiqə tez, nə bir dəqiqə gec ala biməzsiniz".