Əfqanıstanın Baqram hərbi bazasında ABŞ əsgərləri tərəfindən Quranın yandırması ilə bağlı İstanbulun "Taksim" meydanında etiraz aksiyası keçiriləcək.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, aksiyanı bir qrup qeyri-hökumət təşkilatları tərəfindən yaradılan "Qurani-Kərim Müdafiə Komitəsi" keçirəcək.
Komitə tərəfindən verilən açıqlamada bildirilir ki, mitinq yerli vaxtla saat 20:30-da başlayacaq. Aksiyaçılar müqəddəs Quran və məşəllərlə "Qalatasaray" liseyinin qarşısına qədər yürüş edəcəklər.