“İranın nüvə silahına sahibi olmasının qarşısını almaq üçün diplomatik səylər nəticə verməyəcəyi təqdirdə, hərbi müdaxilə variantına üstünlük verəcəyik”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib. Onun sözlərinə görə, digər alternativlər müvəffəqiyyətsizliyə uğrasa, son variant hərbi müdaxilədir: “İsrail və İran bunu yaxşı anlamalıdırlar ki, əgər məcbur qalsaq, hərəkətə keçəcəyik”.