Martın 27-29-da Bağdadda Ərəb Dövlətləri Liqasının zirvə toplantısı keçiriləcək.
Bu barədə APA-ya İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Toplantının ilk günündə iqtisadiyyat nazirləri, ikinci günü xarici işlər nazirlərinin görüşləri keçiriləcək. Martın 29-da dövlət başçıları səviyyəsində yekun toplantı olacaq.
Sammitdə Suriya istisna olmaqla bütün ərəb ölkələri iştirak edəcək. Əsas müzakirə mövzusu Suriya olacaq.