«Bizim istədiyimiz odur ki, regionda sülh və sabitlik bərqərar olsun».
APA-nın Naxçıvana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi İran və Azərbaycan arasında son vaxtlar yaranmış müəyyən mübahisəli məsələlərə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, ölkəsi Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasını istəyir: «Biz öz məlumatlarımızı KİV-dən götürməməli, təhlillərimizi oradan alınmış məlumatlar əsasında aparmamalıyıq. Əmin ola bilərsiniz ki, əlaqələrimiz bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək».
Öz növbəsində, E. Məmmədyarov qeyd edib ki, ikitərəfli görüşdə Azərbaycan və İran arasındakı bir sıra məsələlər müzakirə olunub.