Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraqın Səyahətlər və Tarixi Abidələr Nazirliyinin departament rəisi Mahmud əz-Zubeydi ilə onun xahişi ilə görüşüb
QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qonağı səmimi salamlayan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla İraq arasında əlaqələrin son illərdəki inkişafından razılığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri qarşılıqlı səfərlərin iki dövlət arasında münasibətlərin daha da inkişafına töhfə verdiyini xüsusi vurğulayıb.
Mahmud əz-Zubeydi İraqın dövlət və hökumət başçılarının salamlarını Şeyxülislam həzrətlərinə çatdırıb. İraqlı qonaq Azərbaycanda keçirdiyi görüşlər barədə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.