İran Hərbi Donanması Atlantik okeana daxil ola bilər. Bu barədə İran ordusunun Ali baş komandanı Atayolla Salehi bəyan edib.
SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, o, İran dövlətinin Ədən körfəzi, Aralıq dənizi, Süveyş kanalı, Hind okeanının şimalı və Qara dənizdən əlavə, Atlantik okeanının beynəlxalq sularında da hərbi gəmilərini saxlamaq iqtidarında olduğunu vurğulayıb.
"Bu amil islam dövlətinin qüdrətini və onun Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin göstəricisidir", - Salehi deyib.