İlkin hesablamalara əsasən, İslam İnqilabının Ali lideri ayətullah Əli Xameneiyə yaxın olan mühafizəkar partiyalar parlamentdə 290 yerdən 200-nə sahib olublar.
Salamnews "Asriran" agentliyinə istinadən xəbər verir ki, İran Prezidenti Mahmud Əhmədinejadın tərəfdarları, o cümlədən onun yaxın əhatəsi, seçkilərdə uğursuzluqla üzləşiblər. İslahatçılar partiyası təxminən 20 mandat əldə edə bilib.
Həmçinin bildirilir ki, 63 seçki məntəqəsində qaliblər müəyyənləşdirilməyib. Apreldə təkrar seçkilərin keçirilməsi ehtimal olunur.