Bazar ertəsi Əfqanıstanın Nanqarxar əyalətinin Cəlilabad şəhərində partlayış baş verib. Bu barədə “Tolo” telekanalı məlumat yayıb.
SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, partlayış yerli vaxtla 15.30-da əyalətin RTA dövlət teleradioşirkətinin yaxınlığında baş verib.
Şahidlərin sözlərinə görə, 13 nəfər yaralanıb.
Polislər hadisə yerini mühasirəyə alıblar.