Azərbaycan İslam Partiyası (AİP) “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların azadlığa buraxılması ilə əlaqədar bütün beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə SalamNews-a İslam Partiyasının sədr əvəzi Elçin Manafov məlumat verib.
O bildirib ki, partiya hicaba görə tutulanların azad olunmasında israrlıdır. Onun sözlərinə görə, AİP həbs olunanların azadlığa çıxması üçün bütün svil yollardan istifadə edəcək: “Biz vəkillər vasitəsilə bütün beynəlxalq təşkilatlara müraciətlər etmişik. Hüquqlarımıın təmin olacağına ümüd edirik”.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur. "Hicaba azadlıq" aksiyasında həbs olunanlar Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə ittiham olunurlar.