Rusiya prezidentliyinə namizəd Vladmir Putinə ən çox səs Tatarıstan Respublikasından gəlib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın 54 regionundan gələn səslərin nəticələri açıqlanıb. Nəticələrə görə, Vladmir Putinə ən çox səs Tatarıstan respublikasından 92,7%, Qaraçay-Çərkəz Respublikası 91,27%, Tıva respublikası 91%, Dağıstan respublikası 83,4%, Başqırdıstan respublikasından 81,77 % gəlib.
Ən az səs isə Xakasiya respublikası 53,31%, Kareliya Respublikası 53,32%, İrkutsk vilayəti 55,88%, Maqadan vilayəti 56,1% və Xabarov vilayəti 56,1% gəlib.
Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatında isə bildirilir ki, açılan 40% bületinlərin nəticələrinə görə, Vladimir Putin 64 % səslə liderliyi qoruyub saxlayır.