Lyapin ümid edir ki, yerli müsəlmanlar məscidsiz qalmayacaq və xeyriyyəçilər onun bərpası üçün vəsait ayıracaqlar
Rusiyanın İvanovo vilayətinin Şuya şəhərində məscid yandırılıb. Vilayətin müsəlman icmasının rəhbəri Fərid Lyapinin sözlərinə görə, insident fevralın 8-də, cümə gününə keçən gecə baş verib.
Yerli sakinlər gecə yarısı məscidin ətrafında cavan adamlar görüblər. Baş vermiş yanğın nəticəsində məscid tamamilə yanıb və ayinləri yerinə yetirmək üçün yararsız hala düşüb. F.Lyapin ümid edir ki, yerli müsəlmanlar məscidsiz qalmayacaq və xeyriyyəçilər onun bərpası üçün vəsait ayıracaqlar.