Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, səfər martın 28-də gerçəkləşəcək. R. T. Ərdoğanın səfər zamanı Mahmud Əhmədinejadla görüşəcəyi gözlənilir.

Səfər martın 26-27-də Cənubi Koreyada keçiriləcək nüvə təhlükəsizliyi konfransından sonraya təsadüf edəcək.