Çin Suriyada münaqişə tərəflərini dialoqa çağırır. Çinin Xarici İşlər Nazirliyinin bəyanatında Suriya hökuməti və müxalifəti qan tökülməsini dayandırmağa, habelə böhranın dinc həlli yolunu tapmağa çağırılır

Bundan başqa, bəyanatda bildirilir ki, Bəşər Əsəd hökuməti və üsyançıların nümayəndələri dialoqa heç bir şərt qoyulmadan başlamalıdır.
Çinin xarici işlər naziri həmçinin BMT-nin Suriyada humanitar məsələlərdə koordinasiyalı rolunu dəstəklədiyini bəyan edir.