Terrorçu-kamikadze Pakistanın keçmiş daxili işlər naziri Əftiab Xan Şerpaonun getdiyi kortejə hucum edib. Hadisə Pakistanın Çarsadda şəhərində baş verib. Bombanın partlaması nəticəsində keçmiş nazirin cangüdəni həlak olub, daha 6 nəfər isə yaralanıb.
Şerpao 2004-07-ci illərdə Pakistanın daxili işlər naziri olub. Nazir olarkən ekstremist qruplaşmalarla ciddi mübarizə aparıb.
Şerpaoya qarşı dəfələrlə sui-qəsd təşkil edilib. Belə sui-qəsdlərin birində onun kiçik oğlu həlak olub.