Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Suriya Milli Şurasının sədri Burhan Galyunun başçılıq etdiyi 12 nəfərlik nümayəndə heyətini qəbul edi
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, görüş təxminən 4 saat davam edib.
"Conrad Oteli"ndə reallaşan görüş mətbuata bağlı keçirlib. Görüşdən sonra jurnalistlərə açıqlama verən Galyun bildirib ki, görüşdə nə Azad Suriya ordusunun, nə də Türkiyə tərəfindən hərbi nümayəndə iştirak etməyib və yalnız siyasi məsələlər müzakirə edilib: ''Görüşdə humanitar yardım məsələsi müzakirə edilib. Suriya xalqının hazırda humanitar yardıma ehtiyacı var. Bu mövzuda Suriya xalqı Türkiyədən, türk xalqından, türk hökumətindən çox şey gözləyir. Əsasən bunları müzakirə etdik".