İran prezidenti Mahmud bacısı Pərvin Əhmədinejad martın 2-də ölkədə keçirilmiş IX çağırış parlament seçkilərində qələbə qazana bilməyib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Tehran şəhərinin Bələdiyyə Məclisinin üzvü olan P. Əhmədinejad Germsar şəhərindən deputatlığa namizədliyini versə də, seçkilərdə mühafizəkar rəqibinə məğlub olub.
“Associated Press” xəbər agentliyi də ilkin nəticələrə görə seçkilərdə İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə yaxın mühafizəkarların qələbə qazandığı, prezident Mahmud Əhmədinejadın isə ağır zərbə aldığı barədə xəbər yayıb.