POPULYARXƏBƏRLƏR

Vatikanın məxfi arxivindən Azərbaycana gətirilmiş sənədlərin bir neçəsinin məzmunu bəlli olub

Məktublardan birində Roma Papası V Pavel Səfəvilərin elçisinin Romada öldürülməsinə görə I Şah Abbasdan üzr istəyib

Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərdən 3-ü tərcümə edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, tərcümə edilən sənədlər Səfəvi hökmdarı I Şah Abbasa Roma papaları tərəfindən göndərilmiş məktublardır: “Bu məktublardan ikisi Roma papalarının işlər üzrə rəhbər şəxsləri tərəfindən yazılıb. Sonuncu məktub isə Roma Papası V Pavel tərəfindən I Şah Abbasa yazılıb. Məktublarda ikitərəfli siyasi sazişlər haqqında söhbət gedir. Romada Səfəvilər sarayından göndərilən elçilərin adları, eyni zamanda Səfəvilər sarayına göndərilən elçilər haqqında da məlumatlar verilir”.

F. Ələkbərli bildirilib ki, Roma Papası V Pavel tərəfindən 1605-ci ilin iyulun 20-də I Şah Abbasa göndərilən məktubda Papa Romada Səfəvilərin elçisi Bayramqulu bəyin öldürülməsinə görə ondan üzr istəyib: “Məktubda V Pavel qeyd edib ki, bu qətlin qarşısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr istəyir. Buna baxmayaraq, Papa ümid etdiyini bildirib ki, Səfəvilərlə mehriban əlaqələr, həm ticarət, həm də hərbi sahədə münasibətlər yenə də əvvəlki kimi davam edəcək. Papa özündən əvvəlki papaların siyasi xəttini davam etdirəcəyini də deyib və Azərbaycana 3 səfir göndərildiyini vurğulayıb. Bunlar karmelit təriqətinə qulluq edən Pavel Simon, İoan Tadeus və Zimsend olublar. Həmin şəxslər V Paveldən əvvəl, VIII Klement tərəfindən səfir təyin ediliblər və Vatikan taxt-tacını təmsil etmək hüququ qazanıblar”.

F. Ələkbərli bildirib ki, ümumilikdə latın dilində olan 20-dək məktub hazırda tərcümə prosesindədir: “Bu məktubların əksəriyyəti Səfəvilərə aiddir. Amma onların arasında Elxanilərə, Hülaki xana və onun varislərinə göndərilən məktublar da var. Bunların arasında 1267-ci və 1279-cu illərdə Abağa xana, 1290-cı ildə Arqun xanın V Nikolaya, 1302-ci ildə Qazan xanın VIII Bonifasiyə, 1246-cı ildə Güyük xanın IV İnnokentiyə göndərdiyi məktubları qeyd etmək olar. Bunlarla yanaşı, VIII Bonifasinin 1302-ci ildə və XI Benediktin 1304-cü ildə Azərbaycanın xristian patriarxı, nestorian təriqətinə qulluq edən Yabalaxa göndərdikləri məktubları da qeyd etmək istərdim. Nestorianların öz kilsəsi olub və onlar milliyyətcə uyğur olublar”.

F. Ələkbərlinin sözlərinə görə, həmin dövrə aid sənədlər arasında qədim monqol və uyğur dilində olanlar da var. Onlar da tərcüməyə cəlb ediləcək. Latın dilində olan sənədlərin ardınca qədim italyan dilində olan 90-a dək sənədin tərcüməsinə başlanacaq.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.



Yerləşdirilib:2 Mart, 2012  19:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com