AMEA Gəncə Regional Elmi Mərkəzinin (GREM) Arxeologiya və Etnoqrafiya şöbəsinin elmi işçisi Elnur Həsənovun “Gəncə İmamzadə Türbəsi” adlı monoqrafiyası çapdan çıxıb.
AMEA-dan SalamNews-a bildirilib ki, monoqrafiyada min ildən çoxr müddətdə xalqın mənəvi kamilləşməsində əhəmiyyətli rol oynayan, Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri Gəncə İmamzadə Türbəsinin tarixi, memarlığı, etnoqrafik səciyyəsi və orada aparılmış arxeoloji qazıntılar tədqiq olunub.